Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin cari ilin 24 dekabr tarixində
Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində çıxışında aşağıdakıları
qeyd etdi:
“Son illər ərzində Azərbaycan ərazisində
bir çox yerlərdə hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Hərbi sahəyə
böyük diqqət yetirilir, çünki hərbiçilərin xidmət şəraiti elə olmalıdır ki,
onlar istənilən vəzifəni yerinə yetirə
bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun.
Hərbiçilərin xidmət şəraitinin
yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə
dövlətimizin diqqət mərkəzindədir.
Müharibədən sonra ordu quruculuğu
dayandırılmayıb. Orduya ayrılan xərc
daha da artırılıb. Yeni kontraktlar əsasında ordumuz ən müasir texnikalar, silahlarla təchiz olunur. Yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim
keçmiş , yüksək iradə nümayiş etdirmiş və
Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət
edəcəklər.
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə
malik bir əməliyyat idi. Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli
missiyanı davam etdirdi.
Hadrut əməliyyatından sonra Şuşaya yol açıldı. Azərbaycanın qəhrəman
övladları yüngül silahlarla qayalara
dırmaşaraq bizim mədəniyyət paytaxtımız,
Qarabağın tacı olan Şuşanı işğaldan azad etdilər.
Şuşanın işğaldan azad olunması döyüşləri dünyanın ən müasir ordusu olan dövlətlərinin
Ali məktəblərində araşdırlır.
Azərbaycan xalqı hədəfinə nail oldu.
Xalq həmrəyliyinin bəhrəsini yaşadı. Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.
“Xarı bülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi
sözlərinin bir hissəsi videoformatda təqdim
edildi. Necə böyük inamla , necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz
Şuşaya qayıdacağıq.
Təəssüf ki, atam Şuşanın azad olunmağını görmədi, amma
onun, bütün şəhidlərin ruhu şaddır.”
Biz bu torpaqları igidlərimizin qanı, canı bahasına işğaldan azad etmişik. Bu torpaqlar əbədi
bizimdir.
Heç bir düşmən bu torpaqlara göz dikə bilməz. Əgər düşmən bir daha belə bir səhv
etməyə cürət etsə, layiqli cavabın alar.
Buna bizim II Qarabağ müharibəsi dövründə Prezident, Ordu və xalqın biriyi sayəsində
çaldığımız qələbə əyani sübutdur.
2003-cü ildən prezidentliyə başlamış
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çoxlu
çıxışları olmuşdur.
44 günlük müharibənin gedişində də müxtəlif jurnalistlərlə müsahibəsində necə təmkinlə,
qürurla, məntiqli cavablar verdiyinin şahidi olmuşuq.
Ali Baş Komandanın bu çıxışının əhəmiyyətindən
biri odur ki, bu çıxışını işğaldan azad
olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando Hərbi hissəsinin açılışında etdi.
Bu görüşü 24 dekabrda-öz ad günündə , həm də 60 illik
yubileyində etməsi dostlara, xalqımıza qürur, düşmənlərimizə isə göz dağı və Qüdrətli
Ordunun Qalib Sərkərdəsinin layiqli mesajı idi. .
Bax budur, ömrünü Vətənə, Xalqa, dövlətçiliyimizə
həsr etmək.
Biz müəllimlər də Prezidentimizlə
qürur duyuruq. Onun bütün çıxışlaırnı, tövsiyələrini həvəslə dinləyir, yerinə
yetiririk. Şagirdlərimizi vətənpərvər, mənəvi saflıq ruhunda tərbiyə etməyə
çalışırıq.
Biz həmişə Prezidentimizin arxasında-dayağındayıq.
Hələ görməli işlər,Qarabağın , Azərbaycanın çiçəklənməsi qabaqdadır. Bu işləri
həyata keçirmək üçün bütün Azərbaycan xalqı yanındadır, Möhtərəm Prezident!
Yaşasın
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev! Yaşasın və
yeni Qələbələr yaşatsın Azərbaycana!
Qarabağ Azərbaycandır!Xudayar Quliyev,
Xocalı rayon sakini